SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Alban Klod Qarbağla bağlı paylaşım edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ixtisasca tarixçi olan Alban Fransada yaşayır. O, fransız dilində öz izləyicilərinə Qarbağda gedən döyüşlər haqqında bildiklərini çatdırıb və müzakirələrə səsləyib:

”Dünəndən bəri Qarabağda Ermənistan Azərbaycana qarşı güclü hücum edir. Vəziyyətin ciddiliyini və məni ora bağlayan bağların olduğunu nəzərə alaraq yazdığım bu mətni və xəritəni fransız dostlarıma çatdırmaq istəyirəm.

Mən bütün müharibələrin əleyhinəyəm və aydındır ki, çoxtərəfli diplomatiya son otuz ildə bu saxta dondurulmuş münaqişəyə başqa bir alternativ təklif edə bilməyib.

Bu mətn xüsusilə Qarabağ məsələsində Azərbaycanın mövqelərini anlamağa imkan verəcək, təkcə şərh üçün yox, həm də Fransanın bu qarşıdurmada oynadığı rolu anlamağa imkan verəcəkdir. Bütün müzakirələrə hazıram, mənə yazmaqdan çəkinməyin”.

BAKU.WS