İtaliyanın “Eurasianews” informasiya portalında “Ermənistan yeni torpaqlar işğal etmək naminə müharibəyə hazırlaşır” sərlövhəli məqalə dərc edilib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, yazıda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlandığı iyul hadisələrinin ölkəmizin işğal olunmuş ərazilərində qoşunların təmas xəttində deyil, dövlət sərhədində, Azərbaycanın enerji-nəqliyyatı infrastrukturunun keçdiyi strateji əhəmiyyətli Tovuz rayonunda baş verməsinə diqqət yönəldilib.

Yazıda bu hadisələrin səbəblərini araşdırmaq üçün 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesini dayandırmağa yönələn, sülh prosesinə xələl gətirən təxribatçı bəyanatları və hərəkətlərini əks etdirən, bölgədə gərginliyi daha da artırmaq və Azərbaycana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatlara başlamaq istiqamətində atdığı addımlara dair məlumatlar təqdim edilib.

BAKU.WS