Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır

09
apr
2020
19:16
Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayı 3-ə çatıb.
BAKU.WS xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı aprelin 7-də açıqlanıb. Virusa yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib, onunla kontaktda olmuş 17 nəfər karantinə alınıb. Analiz nəticəsində həmin şəxsin oğlunun həyat yoldaşında da koronavirus təsdiqlənib.
Koronaviusa yoluxmuş digər şəxs isə Ermənistan vətəndaşıdır. Yaxın vaxtlarda o, Ermənistana göndəriləcək.
Oxşar xəbərlər
Britaniyalı jurnalist Dağlıq Qarabağda gördüklərindən dəhşətə gəlib
Bütün dünyada narkotik ticarəti, qanunsuz silah alveri, çirkli pulların yuyulması kimi transmilli cinayətləri araşdıran britaniyalı jurnalist Harrold Keyn Azərb...