Avropada meşə yanğınları zamanı köhnə mərmilər partlayır

Avropada meşə yanğınları zamanı köhnə mərmilər partlayır
Dünya 0

Avropada hökm sürən anomal istilər və quraqlıq meşə yanğınları ilə yanaşı, müharibə dövründən qalan partlamamış sursatları da təhlükəyə çevirib.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, Almaniya, Belçika, Niderland və Fransada meşə yanğınları zamanı torpaqda qalmış köhnə mərmi və digər döyüş sursatlarının partlaması halları qeydə alınıb.

Xüsusilə Almaniyanın şərqində vəziyyət narahatlıq doğurur. Yanğınsöndürənlər ərazilərdə İkinci Dünya müharibəsindən qalan partlamamış mərmilərin olması səbəbindən işlərini dəfələrlə dayandırmalı olublar. Yüksək temperatur bəzi sursatların öz-özünə partlamasına və yeni yanğınların yaranmasına səbəb olur.

Bu yay Meklenburq-Ön Pomeraniya federal torpağında yerləşən Müritz Milli Parkında 380 hektardan çox ərazi yanıb. Yanğınla mübarizəyə Bundesver də cəlb edilib, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunub.

Ərazidə müharibə dövründən qalan sursatların olması onun keçmişdə hərbi poliqon kimi istifadə edilməsi ilə əlaqələndirilir. Sovet ordusu 1945-1993-cü illərdə qoruğun bir hissəsindən hərbi məqsədlərlə istifadə edib.

Brandenburqda isə təhlükə daha yüksək qiymətləndirilir. 1945-ci ildə burada Qırmızı Ordu ilə Vermaxt arasında şiddətli döyüşlər baş verib. Hazırda bölgədə meşə yanğınları zamanı həmin dövrdən qalan mərmilərin mütəmadi olaraq partladığı bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər