SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq".

BAKU.WS xəbər verir ki, bunu açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində keçirilən "Ümumerməni oyunları" tədbirində dediyi "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatına münasibət bildirərkən deyib.

"Biz tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirik, ümid edirəm ki, bu, sentyabrda baş tutacaq. Bu, dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq", - deyə səfir qeyd edib.
BAKU.WS