SİZİN REKLAM BURADA!
055 213 76 73



Təbrizin “Traktor” komandası ilə Məşhədin "Pədidə" komandası arasında baş tutan qarşılaşmada güneyli soydaşlarımız yenə "Qarabağ" çüarı səsləndiribləır.

BAKU.WS-in məlumatına görə, 50 min aşarkeşin izlədiyi qarşılaşmanın 15-ci dəqiqəsində ana dili, 27-ci dəqiqədə isə Qarabağla bağlı şüarlar səsləndirilib.

günyeli mənbələrin yaydığı məlumata görə, azarkeşlərin arasında olan polis əməkdaşları hər vəchlə şüarların qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər.

50 min azarkeş eyni vaxta "Türk didlində mədrəsə, olmalıdır hər kəsə", "Qarabağ bizimdir, bizim olacaq" şüarı stadionu lərəzəyə gətirib.

Xatırladaq ki, Ermənistanınj baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin buna göz yumması güneyli soydaşlarımızın narazılığına səbəb olub. İran hakimiyyətinin ermənipərəst siyasətinə etiraz olaraq soydaşlarımız “Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağın Azərbaycan aməxsus olmsına dair şüarlar səsləndirirlər.

BAKU.WS