Təbrizdə Qarabağ HARAYI - Stadion lərzəyə gəldi - VİDEO/FOTO

Təbrizdə Qarabağ HARAYI - Stadion lərzəyə gəldi - VİDEO/FOTO
Video
Siyasət 2057
Güneyli soydaşlarımız Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanın yerli ermənilərlə “Ararat” klubunda keçirdiyi görüşdə Qarabağın Ermənistana aid olması ilə bağlı səsləndirilən şüarlara şacav veriblər. BAKU.WS-in məlumatına görə, görüşdə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların etirazına səbəb olub. Güneyli soydaşlarımız bununla bağlı sosial şəbəkələrdə İran rejimi və işğalçı ölkəyə öz etirazlarını bildirib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu vurğulayıblar. Soydaşlarımız “Xocalı qətliamının ildönümündə Paşinyanın İrana dəvət olunmasını qınayırıq” yazılmış banner nümayiş etdirməklə Güney Azərbaycanın İranla Ermənistan arasında olan dostluq münasibətindən narahat olduğunu islam cümhuriyyəti və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyiblər. O cümlədən, güneylilər Tehranda ermənilərə məxsus “Ararat” klubunun divarlarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla işğalçılar qarşısında daim ana vətənin keşiyində duracaqlarını nümayiş etdiriblər. Həmçinin Təbrizin “Traktor” futbol klubu ilə İsfahanın “Sepahan” komandası arasında keçirilən görüşdə də Dağlıq qarabağın Azərbaycan torpaqları olmasına dair şüarlar səsləndirilib. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın icazə verməsi güneyli soydaşlarımızın narazılığına səbəb olub. BAKU.WS

Oxşar xəbərlər

Ermənilər Xocalı soyqırımına görə üzr istədi - FOTO

Ermənilər Xocalı soyqırımına görə üzr istədi - FOTO

Sosial şəbəkədə erməni istifadəçilər Xocalı soyqırımına görə Azərbaycan xalqına baş sağlığı veriblər.Xocalı soyqırımının ildönümü ilə bağlı “Facebook” sosial şə...

8109 Sosial 14:32 26 fevral 2019

Son xəbərlər