UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.
Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.
"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, paytax təmsilçisi 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...