Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: "Evimizin yanı yanır..."

Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: Evimizin yanı yanır...
Video
Şou-biznes 896

Azərbaycanlı məşhur bloger cütlük Leyli və İqo hazırda meşə yanğınları baş verən Fethiyedədirlər.

BAKU.WS xəbər verir ki, Türkiyəyə istirahətə yollanan cütlük orada böyük panika yaşayıb. Bu barədə İqo sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, meşə yanğını onların qaldıqları evin yaxınlığına çatıb.

"Yanğın düz evimizin yanındadır, meşə yanır... Əşyalarımızı götürüb çıxmalı oluruq. Hər şey sanki filmlərdəki kimidir, çox qorxunc mənzərədir. Allah köməyimiz olsun. İnşallah, tezliklə yanğını söndürə bilərlər. İnşallah, bu dəhşətli gün tezliklə bitər. Tüstüdən nəfəs almaq belə mümkün deyil. Allah hamını qorusun və kömək olsun" -deyə bloger vurğulayıb.

Leyli də yaşadığı panikanı öz izləyiciləri ilə bölüşüb.

O sosial şəbəkədə "Allahım, sən qoru. Evimizin yanı yanır, işıqlar-filan kəsildi. Yanğın hər saniyə qalxır, evə yaxınlaşır... Dualarınızı əsirgəməyin!!!" sözlərini qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər