SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən iki yaşlı Zəhranın ölümünü görə baş sağlığı verib. 

BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva instaqram səhifəsində Zəhranın şəklini paylaşaraq "Allah rəhmət eləsin” yazıb. 

L.Əliyevanın paylaşımı qısa müddət ərzində minlərlə izləyici baş sağlığı verib. 
 
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.
 
İman
BAKU.WS