Deklan Rays DÇ-2026-da zədə səbəbindən güclü ağrılarla oynayır
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 2026-cı il dünya çempionatında zədəsinə baxmayaraq komandasına kömək etməyə çalışır.
BAKU.WS xəbər verir ki, "Arsenal" futbolçusunda belin aşağı hissəsinə və budun arxa səthinə yayılan ağrılar aşkarlanıb.
Məhz bu səbəbdən Rays dünya çempionatının 1/16 finalında Konqo millisi ilə keçirilən və İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşü sonadək davam etdirə bilməyib. O, əlavə vaxtda əvəzlənməsini istəyib.
İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel futbolçunun vəziyyəti barədə danışarkən bildirib:
"Ondan özünü necə hiss etdiyini soruşdum. Dedi ki, "Komanda üçün oynaya bilərəm, amma dəhşətli ağrılarım var". Əgər Deklan belə deyirsə, deməli, həqiqətən artıq dözə bilmir".
Buna baxmayaraq, Raysın dünya çempionatının 1/8 finalında Meksika millisi ilə keçiriləcək oyunda start heyətində meydana çıxacağı gözlənilir.
Oxşar xəbərlər
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr aralığında Azərbaycan çe...