Əziz Sancar: Söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam - FOTO
Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar deyib.
"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial media hesablarını və televiziyaları izləyirdim.
Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir", - Ə.Sancar bildirib.
Oxşar xəbərlər
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib - YENİLƏNİB + FOTO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib. "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə...