Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi Hacıqabulda başa çatıb - FOTO
03
mar
2024
09:09
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 km məsafəni əhatə edərək Hacıqabulda başa çatıb.
Qeyd edilir ki, 17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...