Azərbaycan Ermənistanın tövləyə çevirdiyi məscidin bərpasına start verdi - FOTO

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.
Qeyd edək ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir ediləcək.
Xatırladaq ki, 30 ilə yaxın ermənilərin işğalı altında olan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə yeganə yarısağlam qalan tikili Cümə məscidi olub. Ermənilər ibadət ocağının minarəsindən ətraf ərazilərə nəzarət etmək üçün istifadə edib, məscidin özündə isə mal – qara və donuz saxlayıblar.
Qalereya
Oxşar xəbərlər
Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq...
