Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib

14
yan
2021
23:38
Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.
Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.
Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.
O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...