SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ANS TV-nin Qarabağ bürosunun əməkdaşı gecə boyu cəbhəyanı kəndlərdə baş verənlər barədə canlı yayımda xəbər verir:

"Hazırda biz Tərtərin təmas xəttinə yaxın Qacıyan kəndindəyik. Ermənistan silahlı birləşmələrinin intensiv şəkildə artilleriya atəşinə məruz qoyduğu yaşayış məntəqələrindən biri də məhz Tərtərin Qacıyan kəndidir.

Erməni silahlılarının atdığı top mərmilərindən biri kənd sakinlərindən birinin həyətinə düşərək partlayıb və evin pəncərəsinin şüşələri sınıb. Xəstəxanalardan bildirilib ki, gecə boyu xəsarət alınma ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları bildirir ki, artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə sonrakı buraxılışlarda ətraflı məlumat verəcəyik.”
 
BAKU.WS