Hərbçilərimiz Kəlbəcərdə ermənilərin törətdiyi vəhşilikləri lentə aldı - VİDEO

Kəlbəcərə daxil olan Azərbaycan hərbçiləri ermənilərin törətdiyi vəhşilikləri lentə alıb.
BAKU.WS xəbər verir ki, kəndlərdən çıxan ermənilər evləri yandırıb, ağacları kəsib və hər tərəfi viran qoyub. Ekoloji terror edən ermənilərin bu vəhşiliyi görənləri heyrətləndirir. Bununla yanaşı, yaşayış yerlərində infrastruktur yox səviyyəsindədir.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.
Bu tarix əvvəl 15 noyabr müəyyən edilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Beləliklə, 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub.
Oxşar xəbərlər
Kəlbəcərdə rus sülhməramlıları ilə Azərbaycan hərbçilərinin görüşü - VİDEO
Rus sülhməramlıları Kəlbəcərin Azərbaycan hərbçilərinin nəzarəti altına keçməsini təmin ediblər. BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb....
