SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarixi şəhidlər yazır, şahidlər qələmə alır. "XəzərXəbər” torpağın üstündə rahat addımlayaq deyə öz canlarından keçib torpağın altına köçənləri tanıtmağa davam edir. Bugünkü xəbərimiz isə bir ailənin iki igid oğlu haqqındadır. O ailə ki, birinin ifasının sədaları altında o biri qardaş torpağa tapşırılıb.

Körpələri ana laylası oyatsın deyə canından keçən şəhidin qardaşı da onun yolunu tutdu. Birinci Qarabağ müharibəsində şəhid düşən oğulun qardaşı İkinci Vətən müharibəsində şəhid oldu.

Şücaətlərini saymaqla bitməz bu ailənin. 6 oğuldan üçü Vətən uğrunda canından keçib, üçü qazidir. Azərbaycan bayrağı ordenli Qubadlı igidi əfsanəvi Həsən Qorxmaz Qubadlı uğrunda gedən döyüşlərdə "qoxmazçılar" adını verdiyi dəstəsilə böyük qəhrəmanlıqlar göstərib. 1992-ci ildə şəhid olub.

Qardaşı polkovnik leytenant Faiq Qasımov isə Vətən müharibəsində şəhid olub. Lələtəpə uğrunda gedən döyüşlərdəki qəhrəmanlığına görə Azərbaycan bayrağı ordeninə layiq görülür.

"O elə dünyaya gələndən əsgər olub, ayağından batinkası heç çıxmayıb". Bir oğulun öz balaca qardaşının Vətən sevgisini ifadə formasıdı bu.

Ruqiyyə Qasımova 6 qardaşın bir bacısıdı. Həmişə əziz tutulub ailədə. Qardaşıyla son görüşü onun yaddaşına ağrılı bir şəkildə həkk olunub. Deyir, mənim ürəyimə dammışdı nəsə olacağı.

Bu, Faiqin son gedişi olur. Onu da qeyd edək ki, şəhid polkovnik işğaldan azad olunan torpaqlara ilk gedən hərbçilərimizdəndir. Oğlu deyir, biz şəhidi də, şahidliyi də yaxşı bilirik.

Biz də bilirik, əziz qardaşım. Bu millətin nə qədər uca olduğunu, qəhrəmanlıq dastanı yazan şəhidlərimiz sayəsində indi daha yaxşı bilirik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

BAKU.WS
VİDEO