Azərbaycan Prezidenti Füzuli rayonu istiqamətində - "Lələ Təpə” yüksəkliyini və on kilometrlərlə ərazimizi düşməndən azadetmə əməliyyatında şəxsən iştrak etmiş, Ermənistan ordusunun çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv etmiş Mais Bərxudarova general-mayor hərbi rütbəsi verib.
BAKU.WS xəbər verir ki, bu barədə ehtiyatda olan zabit Üzeyir Cəfərli məlumat yayıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünən zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi.
Qeyd edək ki, Mais Bərxudarov birləşmə komandiri olmasına baxmayaraq döyüş texnikasının arxasına keçərək düşmənə qan uddurub.
BAKU.WS