“Lələ Təpə”ni azad edən zabitə general rütbəsi verildi
Azərbaycan Prezidenti Füzuli rayonu istiqamətində - "Lələ Təpə” yüksəkliyini və on kilometrlərlə ərazimizi düşməndən azadetmə əməliyyatında şəxsən iştrak etmiş, Ermənistan ordusunun çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv etmiş Mais Bərxudarova general-mayor hərbi rütbəsi verib.
BAKU.WS xəbər verir ki, bu barədə ehtiyatda olan zabit Üzeyir Cəfərli məlumat yayıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünən zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi.
Qeyd edək ki, Mais Bərxudarov birləşmə komandiri olmasına baxmayaraq döyüş texnikasının arxasına keçərək düşmənə qan uddurub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan döyüşçüləri Füzuli və Cəbrayıl rayon mərkəzlərində (FOTO)
Artıq bir neçə gündür ki, Azərbaycan blogerləri öz səhifələrində Füzuli və Cəbrayıl rayonlarının inzibati sərhədinə qədər gedib çıxmış döyüşçülərimizin fotoşəki...