SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan hakim partiyası şənbə günü təcili iclas keçirib.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan mətbuatının möhüm görüş kimi təqdim etdiyi toplantıya bu dəfə müdafiə naziri Seyran Ohanyan da dəvət edilmişdi.
 
İclasdan sonra ənənəvi brifinq olmadı və jurnalistlərə iclasda hansı məsələlərin müzakirə edildiyi bildirilmədi. Ermənistan hakim partiyanın rəhbəri Vaqram Baqdasaryan dedi ki, iclasda Seyran Ohanyan cəbhədəki son vəziyyəti açıqlayıb. 

Ermənistan KİV-i hesab edir ki, təcili toplantının keçirilməsi hansısa bir problemlemin mövcud olduğuna dəlalət edir. Son günlərdə ölkənin hərbi-siyasi rəhbərliyinin ziddiyətli açıqlamaları yaranmış sualların real ola biləcəyinə əsas verir. 

Ermənistan prezidentinin xarici tərəfdaşlarla görüşlərdə verdiyi iki bəyanat bir-birinə zidd olub. Hakimiyyət sıralarında qarışıqlıq olması vahid mövqe və siyasi xəttin olmadığını göstərir. Erməni tərəfi qısa müharibədən sonra əks-hücum etmək və azad olunan torpaqlara yenidən yiyələnmək əvəzinə hərbi əməliyyatları dayandırıb. Bununla yanaşı, erməni tərəfi hətta siyasi bəyanatlar verməkdən çəkindi. 

Hakimiyyət ümid edirdi ki, ölkədə baş verən xaousu vətənpərvərlik pafosuyla "ört-basdır" etmək mümkün olacaq. Amma bu olmadı, çünki, xalq məsuliyyəti dərk etdi. Erməni xalqı indiki vəziyyətdə vuruşmaq istəmir. Hakim partiya əhalini hədələyərək Qarabağa göndərmək istəsə də əhali kəskin şəkildə buna etiraz edir. Son təcili toplantı xüsusən, orduda zabitlər və əsgərlər arasındakı narazılıqların açıq-aydın yetişdiyini göstərir. İndi Ermənistan rəhbərliyi ordu və xalqı əlində saxlaya bilmədiyini anladığı üçün təlaşa düşüb və qısa zamanda buna çarə tapmağa çalışır. 
 
Şahin Həbibov
BAKU.WS