Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - RƏSMİ

31
okt
2020
09:16
“Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.
BAKU.WS xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb:
“Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”.
Oxşar xəbərlər
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində gizirimizin yaralanmasına cava...