İşğalçı Ermənistan tanklara görə nə qədər pul itirib? - QİYMƏT - FOTO

Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatları uğurla davam edir.
BAKU.WS xəbər verir ki, əməliyyatların başladığı 27 sentyabrdan bu yana işğalçı Ermənistan ordusu yüzlərlə hərbi texnikasını itirib.
Azərbaycanın artilleriya bölmələri Ermənistanın T-72 tanklarının böyük bir hissəsini məhv edib.
Bu tankların satış qiyməti minimum 2,2-2,5 milyon dollar arasında dəyişir.
Nəzərə alsaq ki, düşmənin bu günə qədər 252 tankı məhv edilib, onda Ermənistan təkcə tanklara görə 567 milyon dollar zərər görüb.
Eyni zamanda 53 tank da qənimət götürülüb. Onların qiyməti isə 119,25 milyon dollar təşkil edir.
Toplam 305 tank Ermənistanın 686, 25 milyon dollar itirməsi ilə nəticələnib.


Oxşar xəbərlər
Düşmənin 50% hərbi texnika və silahı məhv edilib - 5 milyardlıq zərbə - VİDEO
Hər keçən gün döyüş meydanında aldığı zərbələrdən Ermənistan ordusu artıq tənəzzülə uğrayıb. Ötən gün Prezident İlham Əliyev xalqa müraciəti zamanı düşmənin məh...
