Ziyad Abbasəliyev 76 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o bu gün dünyasını dəyişib.
Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.
2005-ci ildə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2015-ci ildən öz istəyi ilə təqaüdə çıxıb.
Oxşar xəbərlər
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı
Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub. Həmin gün saat 22 radələrində...