Ziya Məmmədovun son kadrı da nəqliyyat sistemindən getdi

06
okt
2017
11:22
Azərbaycanın tanınmış aparıcısı Şəfa Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.BAKU.WS-in məlumatına görə, Şəfa Mehmanqızı Facebook səhifəsində bu barədə məlumat yerləşdirib.Aparıcı bu vəzifəyə ötən ilin yanvar ayında təyin olunmuşdu.Bundan əvvəl tanınmış aparıcı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb.2016-cı il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.Onu da bildirək ki, Şəfa Mehmanqızı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı.BAKU.WS














Oxşar xəbərlər
Şəfa Mehmanqızıya yeni vəzifə verildi
Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətl...
