Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB
Video
Hadisə 181

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

***17:23

Zərdab rayon sakini yaxınlığından qaz xətti keçən kolluq ərazini bilərəkdən yandırıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntünü şəxs özünün “TikTok” hesabında paylaşıb.

İzləyicilər ona törətdiyi əmələ görə cərimə olunacağını və ətraf üçün təhlükəli vəziyyət yaratdığını bildirsələr də, sözügedən şəxs xəbərdarlıqlara məhəl qoymayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər