Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb

12
apr
2024
22:07
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
Hazırda onların axtarışları davam edir.
Oxşar xəbərlər
Kür çayında batan yeniyetmələrin axtarışları davam edir - YENİLƏNİB - FOTO
Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində batan rayonunun Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci...