Zaqatalada zəlzələ oldu - 2 gündə 4-cü dəfə
11
avq
2019
09:33
Zaqatalada növbəti dəfə zəlzələ baş verib. BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, təkanlar yerli vaxtla saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.Qeyd edək ki, bu, iki gün ərzində Zaqatalada baş verən 4-cü yeraltı təkandır.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Zaqatalada üçüncü zəlzələ oldu (YENİLƏNİB)
Bu gün Zaqatalada üçüncü dəfə zəlzələ olub.AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) BAKU.WS-ə verilən xəbərə görə, ilkin məlumatlara əsasən...