Zaqatalada ötən il evi yanan ailənin yenə mənzili YANDI
Zaqatala rayonunda yaşayış binasında yanğın baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində, 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə zədələnib. Həmçinin bina sakini, Xuraman Qocayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.
Qadının sözlərinə görə, 2024-cü ilin yay aylarında da rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Bu binada isə evi təzəlikcə alıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
15 il sonra ölən qardaşlarına görə qisas aldılar: 24 bıçaq zərbəsi vurdular
Şəki Ağır Cinayətlər Məhkəməsi Yevlax şəhərində qisas zəminində törədilmiş silahlı hücum və qətl cəhdi faktı üzrə cinayət işi ilə bağlı hökm elan edib. Məhkəmən...