Zaqatalada məktəb şagirdi itkin düşüb - FOTO
11
fev
2020
11:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov fevral 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
İ. Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub.
Qeyd edək ki, İ.Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.
Oxşar xəbərlər
14 yaşlı bu oğlan itkin düşüb - FOTO
Qusar rayonunda 14 yaşlı yeniyetmə itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusa...