Azərbaycanda polis hər yerdə bu qızı axtarır (FOTO)

Azərbaycanda polis hər yerdə bu qızı axtarır (FOTO)
Hadisə 6189
Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.Onun əlamətləri: boyu təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.BAKU.WS

Oxşar xəbərlər

Gəncədə 16 yaşlı qız yoxa çıxdı – FOTO

Gəncədə 16 yaşlı qız yoxa çıxdı – FOTO

Gəncə şəhərində 16 yaşlı qız itkin düşüb.BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "report"a bildi...

1576 Hadisə 11:06 10 avqust 2018

Son xəbərlər