Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
Hadisə 2005
Sumqayıt şəhərində 25 yaşlı qız itkin düşüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki uşaq bağçalarından birində məskunlaşmış, Ağdam rayonunun Xıdırlı kənd qeydiyyatında olan 1993-cü il təvəllüdlü Məhərrəmova Zülfiyyə İlqar qızı bu ilin iyulun 8-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.Məhərrəmova Zülfiyyə İlqar qızının əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, baş saçının rəngi şabalıdıdır. Çiynində, sağ biləyində və sağ ayağı üzərində qara rəngli ət xalı var. Fiziki və əqli cəhətdən sağlamdır.Məhərrəmova Zülfiyyə İlqar qızı barəsində məlumatı olan şəxslərdən Sumqayıt Şəhər Polis İdarəsinə 018-65-4-02-02, 018-65-4-42-03, 055-515-39-66 telefon nömrələri ilə zəng vuraraq məlumat vermələri xahiş olunur.BAKU.WS

Oxşar xəbərlər

Polis bu qadını axtarır (FOTO)

Polis bu qadını axtarır (FOTO)

Daxili İşlər Nazirliyi Səbail rayonunda itkin düşən qadınla bağlı məlumat yayıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 1973-cü il təvəllüdl...

3703 Sosial 15:19 16 aprel 2018

Son xəbərlər