Azərbaycanda məktəbli qız itkin düşdü

Azərbaycanda məktəbli qız itkin düşdü
Hadisə 662

Gəncədə 10-cu sinif şagirdi itkin düşüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də şəhərin Ü.Hacıbəyov küçəsi, bina 119B, mənzil 7 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Məktəblinin yaxınları Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət ediblər.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə daha bir qadın evdən çıxdı, geri dönmədi

Gəncədə daha bir qadın evdən çıxdı, geri dönmədi

Gəncədə daha bir qadın itkin düşüb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 36-da yaşayan, 1982-ci il təvəllüdl...

588 Hadisə 20:18 20 noyabr 2019

Son xəbərlər