Zaqatalada iki avtomobil toqquşdu: Ölən var

Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb digərinin vəziyyəti ağırdı.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15-ə keçən gecə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.
Rayonun Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Yusif Sədrəddin oğlu Musayevin idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə rayonun Höytala kənd sakini 34 yaşlı Ramazan Əhməd oğlu Qabaçovun idarə etdiyi “Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılardan Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda keçinib.
Digər yaralı Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...
