Zaqatalada "avtoş"luq edən şəxs saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunda avtoxuliqanlıq edib sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər - FOTO/VİDEO
Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc...