Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib

Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib
Hadisə 3757
Zaqatalada intihar hadisəsi baş verib."Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Zaqatalada 47 yaşlı kişi özünü asıb

Zaqatalada 47 yaşlı kişi özünü asıb

Zaqatalada 47 yaşlı kişi intihar edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 15 radələrində rayonun Yengiyan kənd sakini, 1971-ci il təvəllüdlü Sə...

1350 Hadisə 20:14 28 iyun 2018

Son xəbərlər