Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqladı

Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.
BAKU.WS-in Qafqazinfo-ya istinadla məlumatına görə, hadisə ötən gecə rayonun Mosul kəndində baş verib.
Belə ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Rəsulov Ramiz Qeybullah oğlunu qarın nahiyəsinə bıçaqla ağır xəsarət yetirib.
Ramiz Rəsulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Hadisəni törətməkdə şübhəli sayılan Cəmaləddin Murtuzəliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...