Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun "Hyundai" markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***16:15
Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Zabrat DYP postunun yaxınlığında qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı "Hyundai" markalı maşınla sərnişin avtobusu toqquşub.
Hadisə yerindən kadrları təqdim edirik
Oxşar xəbərlər
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb. BAKU.WS Oxu.Az-a istina...