YPX məkdaşları halı pisləşən qaziyə kömək etdilər - ANBAAN GÖRÜNTÜ
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları daha bir nümunəvi addımları ilə diqqət çəkiblər.
BAKU.WS xəbər verir ki, onlar yolda hərəkətdə olarkən qəfil səhhəti pisləşən Vətən müharibəsi iştirakçısına kömək ediblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Yol patrul xidmətinin əməkdaşları (YPX) Vətən müharibəsi iştirakçısına operativ şəkildə köməklik göstərib.
Daha sonra isə həmin vətəndaşa ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə yönləndirilib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub
Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutulub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü E.Qurbanova və E.İbrahimova bıçaqla xəsarət yetirən ş...