YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu

YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu
Hadisə 1813
Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda yol polisinin iştirakı ilə zəncirvari qəza baş verdi

Bakıda yol polisinin iştirakı ilə zəncirvari qəza baş verdi

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi...

1389 Hadisə 11:11 19 avqust 2019

Son xəbərlər