YPX avtomobili qəzaya düşdü - VİDEO

YPX avtomobili qəzaya düşdü - VİDEO
Video
Hadisə 258

Ötən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı "BMW" markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.

Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə faktı təsdiq ediblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər