Yolda həmkarını balta ilə vuran sürücünün cəzası yüngülləşdirildi

Yolda həmkarını balta ilə vuran sürücünün cəzası yüngülləşdirildi
Hadisə 101

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İntiqam Hacıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyətli ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən CM-in 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif olunub. İntiqam Hacıyevin 4 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 3 аya endirilib. Hаzırkı qərаrlа təyin оlunmuş cəzа çəkmiş hesаb оlunub. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, 9 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində İntiqam Hacıyev özünə məxsus "Xəzər" markalı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət edərkən, yolun mərkəz hissəsi ilə hərəkət edərək arxadan gələn zərərçəkmiş Qara Vəliyevin (adı, soyadı şərtidir) avtomobilinə mane olub. Zərərçəkmiş şəxsin səs siqnalı ilə etirazına cavab olaraq, təqsirləndirilən şəxs maşınını prospektdə saxlayıb. İntiqam əlinə aldığı balta ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəfil zərbə endirərək ona xəsarət yetirib.

Hadisədən sonra İntiqam Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə...

72 Hadisə 18:44 02 may 2026

Son xəbərlər