Yol qəzası marketin kamerasına düşdü - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada baş verən yol qəzası kameraya düşüb.
BAKU.WS xəbər verir ki, qəza anı marketlərdən birinin müşahidə kamerasına düşüb. Videodan da görünür ki, iki avtomobil sürətlə hərəkət edərkən toqquşub.
Hadisə aprel ayının 11-də axşam saatlarında qeydə alınıb.
Ü.Əmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı ilkin tibbi yardım üçün əvvəlcə Zaqatala Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyətinin ağır olduğu nəzərə alınaraq paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Müayinə zamanı ona açıq kəllə-beyin, bədənin müştərək travmaları diaqnozları qoyulub.
Hadisə zamanı daha bir nəfər də yüngül xəsarət alıb.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...