Yol polisindən baş verən qəza ilə bağlı açıqlama

06
fev
2019
16:27
Bu gün saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində avtobus qəzası baş verib.
Qəza ilə bağlı BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev BAKU.WS-ə məlumat verib ki, 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “Saz NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxmış və yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib. Polis polkovnik-leytenantı onu da qeyd edib ki Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi
Xəbər verdiyimiz kimi, dekabrın 7-si səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kə...