Yol polisi qəzaya uğradı: Yaralanan var

08
yan
2023
23:36
Abşeronda yol polisi avtomobili qəzaya uğrayıb.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb.
Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə “Ford” markalı maşına çırpılıb. Sonra “Ford” eyni istiqamətdə olan “BMW” markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.
Qəza nəticəsində “BMW” markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb.
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istin...
