“Yol əhvalatı” filmini xatırladan qəza - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə -Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətə olan ”Shacman” markalı, betonqarışdıran maşının əyləc sistemində nasazlıq yaranıb. Betonqarışdıran maşın qəsəbədə olan evə çırpılıb. Qəza zamanı sürücü sıxılmış vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə FHN xilas ediciləri cəlb olunub. Sürücü 1979-cu il təvəllüdlü İsayev Elnur Elbrus oğlu xilasedicilər tərəfindən çııxarılıb. O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə
Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa ça...