Yevlaxda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

28.03.2025-ci il tarixində saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.
***12:37
Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Qəzada xəsarət alanların sayı 6-ya çatıb.
Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
***11:46
Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda sürücülərin çətinlik yaşadıqları dairə ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakının Xətai rayonu ərazisində sürücləri narahat edən yolda yol nişanlarının mövcudluğu müəyyən edilib. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan...