Yenicə nişanlanan Nuranənin dəhşətli taleyi
Ötən gecə Abşeron rayonun Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
26-cı məhəllədə yerləşən 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı pəncərədən yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin səbəbi dəqiqləşdirilir.
Qeyd edək ki, 24 yaşlı N.İsmayılzadə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olub. O, keçən ayın 21-də nişanlanıbmış.
N.İsmayılzadənin fotosunu təqdim edirik.
Hadisə ilə bağlı ilk xəbəri "Report" yayıb.
lent.az
BAKU.WS
Oxşar xəbərlər
ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü
Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Report"a xəbər ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalar...