Yasamaldakı yanğının təfərrüatı: "Aşağıdan qaz sızıb, yuxarıdan siqaret atıblar"
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, yanğına ehtiyatsızlıq səbəb olub:
"Aşağıdan qaz sızırmış, yuxarıdan isə siqaret atıblar. Elə siqaretdən də od tutub, başqa bir səbəb yoxdur. Evlərin hər birində yaşayış var, dörd otaq yanıb".
Mənzili yanan zərərçəkən İbrahim Məmmədov isə hadisəni belə nəql edib:
"Mən işdə idim, qonşular dedilər ki, ev yanır. Alov aşağıdan yuxarıya doğru qalxıb. Övladım da o vaxt işdə, növbədə olub. Qonşular deyirlər ki, aşağıda qaz sızması olub, alov balkondan qalxıb".
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.