Yas mərasimi keçirənlər cərimələnib - VİDEO

Yas mərasimi keçirənlər cərimələnib - VİDEO
Video
Hadisə 86

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar Operativ Qərargahın qəbul etdiyi tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirləri davam etdirib.

BAKU.WS xəbər verir ki, polis əməkdaşları rayonda xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejimi qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Polis əməkdaşları dərhal mərasimi dayandırıb. Ev sahibi Məzahir Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə aparılıb.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər